Çin Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı planını dəstəkləyib.
APA xəbər verir ki, bu barədə Çin XİN mətbuat xidməti məlumat yayıb.
“Pekin sülh danışıqlarını təşviq etmək istiqamətində Avropanın səylərini dəstəkləyir”, - deyə Nazirlikdən bildirilib.
Xatırladaq ki, dünən Makron Rusiya ilə Ukraynanı bu yay danışıqlar masasına oturtmağa çalışacağını və Çin hökumətinə də bu məsələdə dəstək göstərməsi üçün müraciət edəcəyini bildirmişdi.