Bank Of Baku

Çində daşqın səbəbindən 2400 insan təxliyə edilib

Çində daşqın səbəbindən 2400 insan təxliyə edilib
# 22 iyul 2023 21:37 (UTC +04:00)

Çinin Liaoninq əyalətində güclü yağışın yaratdığı daşqın səbəbindən 2400-ə yaxın insan təxliyə edilib.

APA-nın məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Əyalətin bəzi ərazilərinə rekord miqdarda yağıntı düşüb.

Leysan dolu və güclü küləklə müşayiət olunub.

Əlverişsiz hava şəraiti ilə əlaqədar ayrı-ayrı ərazi vahidlərinin səlahiyyətli orqanları tərəfindən təhlükənin yüksək (qırmızı) və artan (narıncı) səviyyəsi elan edilib.

Daşqın təhlükəsi ilə əlaqədar 116 şaxtada işi dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR