Bank Of Baku

Çində müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər ölüb

Çində müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər ölüb
# 08 fevral 2026 07:53 (UTC +04:00)

Çinin şimalında yerləşən müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, yerli hakimiyyət orqanları Çinin şimalındakı Şansi əyalətində biotexnologiya zavodunda baş verən partlayış nəticəsində səkkiz nəfərin öldüyünü təsdiqləyib.

Bildirilir ki, partlayış "Jiapeng" şirkətinə məxsus istehsalat sahəsində baş verib. Şirkətin nümayəndəsi saxlanılıb. Hadisənin araşdırılması üçün istintaq qrupu yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR