Çinin mərkəzi Hubey əyalətində torpaq sürüşməsi baş verib.
APA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 9 nəfərin itkin düşdüyü bildirilir.
Sürüşmə nəticəsində böyük süxur kütləsi yol tikintisi işlərinin aparıldığı əraziyə düşüb.
Xilasedicilər 5 nəfəri dağıntılar altından çıxarıblar.
Axtarış-xilasetmə işləri davam edir.