Bank Of Baku

Çində Türkiyənin 4-cü Baş Konsulluğu açılıb

Çində Türkiyənin 4-cü Baş Konsulluğu açılıb
# 13 iyun 2023 17:28 (UTC +04:00)

Çinin cənub-qərbindəki Sıçuan əyalətinin inzibati mərkəzi olan Çenqdu şəhərində Türkiyənin Baş Konsulluğu açılıb.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Baş Konsulluğun açılması regional səviyyədə əməkdaşlığın təşviqi üçün daha geniş imkanlar yaradacaq, Çin-Türkiyə dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni körpü olacaq.

Nazirlik həmçinin, Sıçuan əyalətinin Türkiyə tərəfi ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.

Xatırladaq ki, Ankara ilə Pekin arasında diplomatik əlaqələr 1971-ci ilin avqustunda qurulub. İndiyə qədər Türkiyə səfirliyindən əlavə, Çin ərazisində üç Baş konsulluq fəaliyyət göstərirdi - Şanxayda, Quançjou şəhərində (Cənubi Çin) və Honq Konq Xüsusi İnzibati Bölgəsində.

İndi isə Baş Konsulluqların sayı 4-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR