Bank Of Baku

Çinin sədrliyi ilə BMT TŞ-də İsrail-HAMAS-la bağlı sessiya keçiriləcək

Çinin sədrliyi ilə BMT TŞ-də İsrail-HAMAS-la bağlı sessiya keçiriləcək
# 27 noyabr 2023 12:33 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurasının İsrail və HAMAS-la bağlı sessiyası keçiriləcək.

APA "France 24"ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat brifinqində deyib.

O bildirib ki, Çin xarici işlər naziri Van İ BMT Təhlükəsizlik Şurasının İsrail və HAMAS-la bağlı noyabrın 29-da keçiriləcək sessiyasına sədrlik etmək üçün Nyu-Yorka gedəcək.

"Çin ümid edir ki, bu görüşə sədrlik edərək atəşkəsin reallaşmasına kömək etmək üçün öz üzərinə düşəni edə bilər", - XİN sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR