Bank Of Baku

Dəməşqdə məscid yaxınlığında avtomobil partladılıb: beş ölü, 46 yaralı - YENİLƏNİB-1

Dəməşqdə məscid yaxınlığında avtomobil partladılıb: beş ölü, 46 yaralı - YENİLƏNİB-1
# 28 iyul 2023 03:30 (UTC +04:00)

Suriya paytaxtının cənubunda məsciddə park edilmiş taksi avtomobilində partlayıcı qurğu işə düşüb.

APA TASS-a istinadən xəbər verir ki, avtomobilin partlaması nəticəsində 5-dən çox adam ölüb, daha 46 nəfər yaralanıb.

Qurbanlar arasında qadınlar və uşaqlar da var.

Bu, son iki gündə şiələrin Seyyid-Zeynəb məscidində baş verən ikinci partlayışdır. İyulun 25-də təxminən eyni yerdə naməlum şəxslər tərəfindən motosiklet partladılıb, iki nəfər yaralanıb.

Ölənlərin sayının artacağı istisna edilmir.

***

Saat 01:45

Suriyanın paytaxtı Dəəşqdə avtomobilə quraşdırılan bombanın partlaması nəticəsində beş nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Sham FM” məlumat yayıb.

Partlayıcı qurğu Seyidə-Zeynəb məscidi yaxınlığındakı taksiyə quraşdırılıb.

Xəsarət alanların sayı barədə dəqiq məlumat verilməyib.

27.07.2023

Saat 20:41

Dəməşqin cənubundakı Seyyid-Zeynəb məscidi yaxınlığında avtomobil partladılıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün “Sham FM” radiostansiyası məlumat yayıb.

Taksiyə quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində ölən və yaralananlar var.

Hadisəni heç bir qruplaşma öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR