Bank Of Baku

Bağçalı: Səlahəddin Demirtaşla həbsxanada görüşməmişəm, vəkilləri vasitəsilə vəziyyəti ilə maraqlanıram

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı, Səlahəddin Demirtaş

© APA | Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı, Səlahəddin Demirtaş

# 05 avqust 2026 12:17 (UTC +04:00)

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Səlahəddin Demirtaşı həbsxanada ziyarət etmədiyini bildirib.

“Millet” xəbər agentliyinə danışan Bağçalı bununla belə, Demirtaşla mütəmadi olaraq vəkilləri vasitəsilə ünsiyyət qurduğunu və onun vəziyyəti ilə maraqlandığını deyib.

“O da mənə salamlarını göndərir. Yaxşı münasibətlərimiz var. Həm də ondan hər hansı bir istək və ya ehtiyacının olub-olmadığını soruşuram. Biz Türkiyə Böyük Millət Məclisində birlikdə çalışmışıq”, - MHP lideri vurğulayıb.

Bağçalı daha əvvəl səsləndirdiyi “Səlahəddin Demirtaş evinə qayıtmalıdır” açıqlamasına da münasibət bildirib. Bağçalı yenə həmin fikrində qaldığını vurğulayıb, o bir daha bəyan edib ki, Səlahəddin Dəmirtaş evinə qayıtmalıdır.

MHP lideri əlavə edib ki, PKK-nın həbsdəki lideri Abdullah Öcalan “ümid hüququ”na qovuşmalıdır: “Məqsədimiz Türkiyə və regionda sülhə nail olmaqdır”.

Qeyd edək ki, bu həftə Türkiyə parlamentində müzakirəyə çıxarılması gözlənilən çərçivə qanun layihəsi PKK-nın tərksilah prosesi üçün hüquqi əsas yaradacaq. AK Partiya bu gün Türkiyə Böyük Millət Məclisində keçiriləcək qapalı qrup iclasında Milli Həmrəyliyin Gücləndirilməsi haqqında qanun layihəsini nəzərdən keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR