Bank Of Baku

Əfqanıstan Ordusunun Baş Qərargah rəisi: Ölkədə İŞİD tamamilə məhv edilib

Qari Fasihuddin Fitrat

© APA | Qari Fasihuddin Fitrat

# 29 avqust 2024 17:09 (UTC +04:00)

“Əfqanıstanda İŞİD tamamilə məhv edilib”.

APA-nın yerli “Tolo News” telekanalına istinadən məlumatına görə, bunu Əfqanıstan Ordusunun Baş Qərargah rəisi Qari Fasihuddin Fitrat bildirib.

O vurğulayıb ki, Əfqanıstan ərazisi təhlükəsizdir, ölkəsi isə qonşuları üçün təhdid deyil.

Qeyd edək ki, avqustun 27-də Pentaqonun mətbuat katibi Patrik Rayder adı çəkilən ölkədə çox sayda terror qruplaşmalarının mövcud olduğunu açıqlayıb.

Onun sözlərinə görə, ölkəsi İŞİD-in İranın Xorasan şəhərindəki qanadından yönələ biləcək təhlükələri diqqətlə izləyir.

Xatırladaq ki, indiyədək dəfələrlə Əfqanıstan ərazisində İŞİD-in Xorasan qanadı tərəfindən çoxsaylı insan tələfatına səbəb olan partlayışlar təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR