Bank Of Baku

Əfqanıstan polisi 2 tondan çox narkotik aşkar edərək müsadirə edib

Əfqanıstan polisi 2 tondan çox narkotik aşkar edərək müsadirə edib
# 09 iyul 2024 06:45 (UTC +04:00)

Son iki gün ərzində Əfqanıstan polisi ölkənin cənubundakı Qəndəhar əyalətində 2 tondan çox qanunsuz narkotik aşkar edərək müsadirə edib, narkotik plantasiyalarını məhv edib.

APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qəndəhar əyalət hüquq-mühafizə orqanlarının rəsmisi Əsədulla Cəmşidin qeyd etdiyinə görə, iyulun 6-dan həyata keçirilən silsilə əməliyyatlar zamanı həşiş, heroin və onun istehsal vasitələrinin də olduğu qaçaqmal ələ keçirilərək məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR