Əfqanıstan təhlükəsizlik qüvvələrinin yanlış hava zərbələri 12 nəfərin ölümünə səbəb olub.
APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Bədəxşan vilayətinin şimal şərqinə baş verib.
Bildirilit ki, həlak olanlar "Taliban"a qarşı mübarizədə hökumətə dəstək verən ictimai qruplaşmanın üzvləridir. Ölənlərin arasında qruplaşmanın komandiri də var.
Yerli mənbələrin verdiyi məlumata görə, qruplaşmanın 8 üzvü itkin sayılır.