Bank Of Baku

Əfqanıstanda hərbi sursatın partlaması nəticəsində 5 uşaq həlak olub

Əfqanıstanda hərbi sursatın partlaması nəticəsində 5 uşaq həlak olub
# 29 aprel 2023 06:01 (UTC +04:00)

Əfqanıstanın Vardak əyalətinin Saydabad rayonunda hərbi sursatın partlaması nəticəsində 5 uşaq ölüb, ikisi yaralanıb.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın Pajhvok agentliyi əyalətin səhiyyə departamentinin məlumatlarına istinadən məlumat yayıb.

Ölən və yaralananların yaşı 12-dən çox deyil. Yaralılar Kabildəki xəstəxanaya aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

UNICEF-in məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700-dən çox uşaq partlamamış hərbi sursatlar nəticəsində həlak və ya şikəst olub. Əfqan uşaqlar tez-tez döyüş sursatı ilə oynayarkən və ya metal qırıntıları yığarkən həlak olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR