Əfqanıstanda "Taliban" yaraqlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı 8 əməkdaşı öldürülüb.
APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Bağlan vilayətində baş verib.
Bildirilib ki, ölənlər arasında vilayətin iki rayonunun polis rəisi də var.
Hücumun iyunun 4-ü axşam saatlarında baş verdiyi, ancaq təhlükəsizlik qüvvələri ilə Taliban arasındakı qarşıdurmaların bu günü səhərə qədər davam etdiyi qeyd olunub.
"Taliban" sözçüsü Zabiullah Mucahid "Twitter"-də toqquşmaları təsdiqləyib və qeyd edib ki, bu hücum zamanı Əfqanıstan təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı ölüb, 8 nəfər isə yaralanıb.