Bank Of Baku

Əfqanıstanda terrorla bağlı vəziyyət dünya üçün təhlükə yaradır

Əfqanıstanda terrorla bağlı vəziyyət dünya üçün təhlükə yaradır
# 23 aprel 2023 04:18 (UTC +04:00)

Əfqanıstan İŞİD terror qruplaşmasının əsas mərkəz nöqtəsinə çevrilib, bütün Avropa və Asiyada, eləcə də ABŞ-a qarşı hücumlar planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti Pentaqonun və Amerika kəşfiyyatının sosial şəbəkələrə sızdığı iddia edilən məxfi sənədlərinə istinadən yazır.

Nəşr bildirir ki, ABŞ prezidenti Co Bayden ABŞ qoşunlarını Əfqanıstandan çıxardıqdan sonra bu ölkədə vəziyyət təhlükəsizlik təhdidinə çevrilib. Sənədlərdə bildirilir ki, ekstremistlər səfirliklər, kilsələr, biznes mərkəzləri yaxınlığında, həmçinin Qətərdə keçirilən futbol üzrə dünya çempionatında hücumlar planlaşdırıblar. Bundan əlavə, terrorçular həbsdə olan 4000 silahlını azad etmək üçün Belçika və ya Fransada iraqlı diplomatları qaçırmağı planlaşdırırdılar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR