Bank Of Baku

Əfqanıstanı tərk etmək üçün ABŞ hərbi təyyarəsinin şassisi üzərində havaya qalxan üç nəfər yerə düşərək ölüb - VİDEO

Əfqanıstanı tərk etmək üçün ABŞ hərbi təyyarəsinin şassisi üzərində havaya qalxan üç nəfər yerə düşərək ölüb - VİDEO
# 16 avqust 2021 15:51 (UTC +04:00)

ABŞ hərbi təyyarəsinin təkərləri üzərində ölkəni tərk etmək istəyən 3 Əfqanıstan vətəndaşı təyyarə havaya qalxdıqdan sonra yerə düşərək ölüb.

APA-nın xəbərinə görə, bu barədə yerli sakinlərə istinadən "Khaama" agentliyi məlumat yayıb. 

Kabil hava limanının yaxınlığında yaşayan yerli sakinlər bildiriblər ki, üç gənc təyyarədən evlərin üstünə düşüb.

Hadisə anının video-görüntüsü də yayılıb. Videoda havaya qalxmış təyyarədən bir nəfərin düşdüyü görünür.

Daha əvvəl isə Kabil hava limanında 5 nəfər ölüb. Onların izdiham nəticəsində, yoxsa ABŞ təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldüyü bəlli deyil.

Xatırladaq ki, "Taliban"ın Əfqanıstanı ələ keçirməsi ilə əlaqədar minlərlə insan Kabil hava limanına axın edərək ölkəni tərk etməyə cəhd edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR