Bank Of Baku

Əhməd əş-Şaranın ABŞ-dan iki xahişi olub

Əhməd əş-Şara

© APA | Əhməd əş-Şara

# 05 yanvar 2025 19:16 (UTC +04:00)

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şara ABŞ-dan iki məsələdə dəstək istəyib.

APA-nın xəbərinə görə, bu barədə İsrailin “Kann” telekanalı məlumat yayıb.

Əhməd əş-Şaranın ABŞ-dan ilk xahişi İsrailin qoşunlarının sərhəddəki bufer zonadan və Hermon dağından çıxarılması ilə bağlı olub. İsrail rəsmiləri isə “Kan”-a ABŞ-dan bununla bağlı hər hansı müraciət daxil olmadığını bildiriblər.

Əhməd əş-Şaranın ikinci xahişi ABŞ-ın Suriyaya humanitar yardım göndərməsi ilə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR