İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
APA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, ölənlər və zərərçəkənlər Qəzza şəhərində məcburi köçkünlər üçün sığınacağa çevrilmiş məktəbdə məskunlaşıblarmış.
“Əl-Cəzirə”-nin verdiyi məlumata görə, İsrailin 2023-cü il 7 oktyabrdan başladığı əməliyyatlar nəticəsində 41 182 fələstinlinin ölüb, 95 280 nəfər yaralanıbmasına səbəb olub.