Bank Of Baku

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

İran XİN rəhbəri Abbas Əraqçi

© APA | İran XİN rəhbəri Abbas Əraqçi

# 31 yanvar 2026 14:27 (UTC +04:00)

Müharibə başlasa, İran güclü və şokedici tərzdə cavab verəcək.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “CNN Türk” kanalına müsahibəsində deyib.

“ABŞ 12 günlük müharibədə məğlub oldu və təyin etdiyi hədəflərin heç birinə çata bilmədi. Sonda isə məcbur olub atəşkəslə bağlı bizə müraciət etdi. Ballistik raketlərimiz yerindədir. Güclü nöqtələrimizə yenidən nəzərə saldıq və daha böyük qüdrətlə hazır vəziyyətdəyik”,- Əraqçi bildirib.

O əlavə edib ki, İrana qarşı hücum baş versə, cavab güclü və şokedici olacaq.

“Bu, bizim ABŞ-a verə biləcəyimiz ən aydın mesajdır”,- Əraqçi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR