Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı arasında görüş başa çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Prezident iqamətgahında baş tutan görüş 50 dəqiqə davam edib.
Prezident Ərdoğanla Baxçalı görüşdə son siyasi, regional hadisələr, xüsusilə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı fikir mübadiləsi aparıblar.
***
12:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ilə görüşəcək.
APA-nın “Anadolu”ya istinadən xəbərinə görə, görüş bu gün yerli vaxtla 14:00-da baş tutacaq.