Bank Of Baku

Ərdoğan Kılıçdaroğluna Qarabağın azad edilən ərazilərini görməyi tövsiyə edib

Ərdoğan Kılıçdaroğluna Qarabağın azad edilən ərazilərini görməyi tövsiyə edib
# 18 aprel 2023 16:17 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğluna hakimiyyətin imperializmlə necə mübarizə apardığını öyrənmək istədiyi halda, Qarabağın işğaldan azad edilən ərazilərini görməyi tövsiyə edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə lideri Afyonkarahisarda çıxışı zamanı bildirib.

“Əgər bizim imperializmə qarşı mövqeyimizi öyrənmək istəyirsənsə, get Qarabağda işğaldan azad edilən ərazilərdəki qardaşlarımızdan soruş”, - o deyib.

Ərdoğan, həmçinin qeyd edib ki, onun hakimiyyəti Türkiyəni münaqişələrdən uzaq tutaraq imperialistlərin planlarını da pozub: “BMT-də dünya beşdən böyükdür deyərək qlobal sistemə etiraz etdik. Biz, müstəmləkə nizamına son qoyun dedik. Həyatımız imperializmlə mübarizə ilə keçdi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR