Bank Of Baku

Ərdoğan taxıl müqaviləsinin müddəti bitməmiş Putinlə danışmağı planlaşdırır

Ərdoğan taxıl müqaviləsinin müddəti bitməmiş Putinlə danışmağı planlaşdırır
# 14 iyul 2023 00:47 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsinin müddəti bitənə qədər danışıqlar aparmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik Habertürk telekanalının efirində bildirib.

“Belə bir söhbət gözlənilir”, - deyə o əlavə edib.

O bildirib ki, Ankaranın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiyası prosesini sürətləndirmək qərarı ilə əlaqədar ikitərəfli münasibətlərdə böhran gözləmir.

"Münasibətlərdə böhran olmayacaq, bunu gözləmək lazım deyil. Hər iki lider həssas mövzularda həmişə ortaq dil tapıb", - Çelik bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR