“Dünən Kabildə baş vermiş terror aktlarını pisləyirik. Əfqanıstan xalqına başsağlığı veririk”.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Türkiyə vətəndaşlarının və hərbçilərinin Əfqanıstandan təxliyəsi davam edir, aidiyyəti qurumlar sıx şəkildə təxliyə çalışmalarını davam etdirir.
“Ən qısa zamanda təxliyəni başa çatdıracağıq”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.