Türkiyə Pakistanla Hindistan arasında gərginliyin daha da ağır səviyyəyə keçmədən aradan qalxmasını arzu edir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, ölkəsi bu məsələni yaxından izləyir.
Ərdoğan, həmçinin, Ankaranın bölgədə yeni münaqişələrin baş verməsini istəmədiyini də vurğulayıb.