Bank Of Baku

Ərdoğan Türkiyə xalqını və müsəlmanları Ramazan bayramı ilə əlaqədar təbrik edib

Ərdoğan Türkiyə xalqını və müsəlmanları Ramazan bayramı ilə əlaqədar təbrik edib
# 21 aprel 2023 08:38 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə xalqını və İslam dünyasını Ramazan bayramı münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə Ərdoğan “Twitter” hesabında paylaşım edib.

“Millətimizin və İslam dünyasının Ramazan Bayramını təbrik edirəm. Bizi daha bir bayrama qovuşdurduğu üçün Rəbbimə şükür edirəm. Bir daha zəlzələ və daşqınlarda həlak olan vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm.Ramazan Bayramınız Mübarək”, - deyə paylaşımda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR