Ermənistan xarici işlər nazirinin müavini iranlı həmkarına zəng edib

Ermənistan xarici işlər nazirinin müavini iranlı həmkarına zəng edib
# 13 sentyabr 2024 00:32 (UTC +04:00)

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançiyə zəng edib.

APA xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi “X” hesabında yazıb.

Telefon danışığı zamanı İran XİN rəsmisi Tehranın beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı mövqeyini vurğulayıb:

“Mən bütün qonşularımızla münasibətləri gücləndirmək istəyimizi bir daha vurğuladım. Beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipial mövqeyimizi bildirdim. Onun İrəvana səfər dəvətini məmnuniyyətlə qəbul etdim”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR