Bank Of Baku

Fransa və Qətər Qəzzadakı israilli girovlara dərman çatdırılması üçün birgə işləyir

Fransa və Qətər Qəzzadakı israilli girovlara dərman çatdırılması üçün birgə işləyir
# 16 yanvar 2024 15:57 (UTC +04:00)

Fransa və Qətər Qəzzada HAMAS tərəfindən saxlanılan israilli girovlara dərman çatdırılması üçün birgə işləyir.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Fransanın İsraildəki səfirliyi bildirib.

Səfirliyin verdiyi xəbərə görə, Fransa prezidenti Emmanuel Makron Xarici İşlər Nazirliyinə 45 girov üçün dərmanların siyahısını tərtib etməyi, satın almağı və Qətərə göndərməyi tapşırıb.

Dərman keçən şənbə günü Qətərə göndərilib, ancaq hələ Qəzzaya çatmayıb.

Fransa rəsmisi bildirib ki, İsrail əməliyyatın təhlükəsizlik aspektlərinə nəzarət edir.

Qeyd olunub ki, Beynəlxalq Qızıl Xaç Komitəsi də bu işdə iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR