Bank Of Baku

Hakan Fidan Blinkenlə görüşüb

Hakan Fidan Blinkenlə görüşüb
# 15 iyul 2023 04:56 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cakartada ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı H.Fidan və E.Blinken NATO-nun Vilnüs Sammitinin qərarlarının icrasını, eləcə də Əfqanıstandakı mövcud vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirlərinin toplantısında iştirak etmək üçün İndoneziyada səfərdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR