Hakan Fidan Livandakı partlayışlardan danışıb: Türkiyədə müstəqil kibertəhlükəsizlik təşkilatı yaradıla bilər

Hakan Fidan Livandakı partlayışlardan danışıb: Türkiyədə müstəqil kibertəhlükəsizlik təşkilatı yaradıla bilər
# 19 sentyabr 2024 12:40 (UTC +04:00)

Türkiyədə müstəqil kibertəhlükəsizlik təşkilatının yaradılması hökumətin gündəminə gətirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan “Anadolu Agentliyi”nə müsahibəsində bildirib.

O, Livanda həyata keçirilən kiber hücumu şərh edərək, kəşfiyyat təşkilatlarının bu cür hücumlardan tez-tez istifadə etdiyini əlavə edib.

Hakan Fidan, həmçinin İsrailin gərginliyi addım-addım Livana doğru yönəltdiyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR