Bank Of Baku

Hakan Fidan: Rusiya yeni reallıqları qəbul etdi, Əhməd əl-Şaara isə radikal mövqe sərgiləmədi

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan

© APA | Türkiyənin Xarici İşlər naziri Hakan Fidan

# 18 oktyabr 2025 22:47 (UTC +04:00)

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Rusiya və Suriya münasibətlərindən danışıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir Rusiya və Suriya prezidentlərinin görüşünü müsbət hadisə kimi dəyərləndirib:

“Rusiya və Suriya tərəfinin dialoqu vacibdir. Bu baxımdan Əhməd əl-Şaaranın yetkin siyasətçi kimi davranışı təqdirəlayiqdir. Əhməd əl-Şaara və onun dostları Rusiyaya qarşı radikal mövqe sərgiləmədi, masaya əyləşib danışıqlar apardılar. Şaaranın məsuliyyətli davrandığını düşünürəm və bu məsələdə Rusiyanın mövqeyini də təqdir edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR