Paşha Bank
Bank Of Baku

Hakan Fidan, Yaşar Güler və Selçuk Bayraktaroğlu Ər-Riyada gedir

Hakan Fidan, Yaşar Güler və Selçuk Bayraktaroğlu Ər-Riyada gedir
# 04 oktyabr 2026 14:44 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Səlçuk Bayraktaroğlu Ortaq Müdafiə üçün Məkkə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin sabah Ər-Riyadda keçiriləcək toplantısında iştirak edəcəklər.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hakan Fidan toplantıda ittifaqın institusional inkişaf prosesi və bundan sonra atılacaq addımlarla bağlı Türkiyənin mövqeyini açıqlayacaq.

Həmçinin, iclasda daha 6 ölkənin İttifaqa qoşulması gözlənilir.

Qeyd edək ki, Pakistanın xarici işlər naziri İshaq Dar isə altıdan çox ölkənin sazişə qoşulmaq istədiyini və husilərlə bağlı birgə addımların müzakirə ediləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR