Bank Of Baku

HƏMAS Uitkoffun Qəzza ilə bağlı son təklifini rədd etməyib

HƏMAS Uitkoffun Qəzza ilə bağlı son təklifini rədd etməyib
# 06 iyun 2025 03:36 (UTC +04:00)

HƏMAS ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən irəli sürülən Qəzza zolağında atəşkəs təklifini rədd etməyib, ona düzəlişlər edib.

APA xəbər verir ki, bu sözləri təşkilatın liderlərindən olan Xəlil əl-Həyyə deyib.

"Keçən həftə biz Uhitkoffun son təklifini aldıq. O, 7 gün ərzində 10 canlı girovu və 18 girovun isə cəsədini təhvil verməyi təklif etdi. 8-ci gündə döyüşlərin davam etməyəcəyinə dair isə heç bir zəmanət yox idi. Təklifi rədd etmədik. Lakin biz təklifə öz düzəlişlərimizi etdik və Qəzzaya döyüşlərin yenidən başlanmayacağına zəmanət tələb etdik", - o. deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR