Hindistanın Baş naziri Narendra Modi bu ilin 20-25 iyun tarixlərində ABŞ və Misirə dövlət səfərləri edəcək.
APA xəbər verir ki, bu barədə məlumat Hindistan Nazirlər Kabinetinin rəsmi internet səhifəsində dərc edilib.
Modi ABŞ-a səfəri çərçivəsində Prezident Co Baydenlə görüşəcək, Konqresdə çıxış edəcək və Birləşmiş Millətlər Təşkilatında Yoqa Günü keçirəcək.
Hindistan hökumətinin rəhbəri Vaşinqtona gedəcək və yüksək səviyyəli dialoqu davam etdirmək üçün 22 iyunda və ABŞ lideri ilə Ağ Evdə görüşəcək.