Bank Of Baku

Hindistan yaxın 5 ildə 50 peyk buraxacaq

Hindistan yaxın 5 ildə 50 peyk buraxacaq
# 29 dekabr 2023 11:35 (UTC +04:00)

Hindistan yaxın 5 ildə 50 peyk buraxacaq.

APA “The Economic Times” nəşrinə istinadən xəbər verir ki, bunu Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbəri Sreedhara Paniker Somanat bildirib.

Onun sözlərinə əsasən, peyklərin köməyi ilə həm Hindistanın sərhədlərini, həm də qonşu regionları müşahidə etmək mümkün olacaq.

Orbitə buraxılması planlaşdırılan 50 peyk artıq konfiqurasiya edilib.

Qeyd edək ki, Hindistanın ilk peyki “Aryabhata” 1975-ci ilin 19 aprelində Sovet İttifaqı tərəfindən orbitə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR