Bank Of Baku

Hindistanda etnik zəmində qarşıdurmalara görə 50 mindən çox insan evlərini tərk edib

Hindistanda etnik zəmində qarşıdurmalara görə 50 mindən çox insan evlərini tərk edib
# 12 iyun 2023 11:19 (UTC +04:00)

Hindistanın şərqində etnik zəmində qarşıdurmalar səbəbindən 50 mindən çox insan evlərini tərk edib.

APA xəbər verir ki, bu barədə “İndia Today” nəşri yazıb.

Qeyd edək ki, mayın 3-də Meytey xalqı qeydiyyata alınmış kasta statusu tələb etməsindən sonra Manipur ştatında etnik zəmində qarşıdurmalar başlayıb.

Bu səbəbdən də Hindistanın Manipur əyalətinin ümumilikdə 50,698 nəfər sakini öz evlərini tərk edib, onlar hazırda 349 qaçqın düşərgəsində yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR