Bank Of Baku

Hindistanda hökumət tədbirində 11 nəfər günvurmadan ölüb

Hindistanda hökumət tədbirində 11 nəfər günvurmadan ölüb
# 17 aprel 2023 13:27 (UTC +04:00)

Hindistanın Maharaştra əyalətində keçirilən mükafatlandırma mərasimi zamanı 11 nəfər günvurmadan ölüb, 20-dən şəxs isə xəstəxanaya yerləşdirilib.

APA BBC-yə istinadən xəbər verir ki, Hindistanın daxili işlər naziri Amit Şah da daxil olmaqla bir sıra dövlət və hökumət liderlərin iştirak etdiyi tədbirdə yüz minlərlə insan qatılıb. Mərasim sosial fəalların mükafatlandırılması məqsədilə təşkil edilib. Məlumata görə Selsi şkalası üzrə 38 dərəcədə və açıq havada təşkil edilmiş tədbir zamanı bir çoxları susuzluqdan, yüksək təzyiqdən və günvurmadan şikayət edib.

Maharaştra rəsmiləri ölənlərin ailələrinə 500 min rupi (6,102 dollar) yardım ediləcəyini və xəstələnənlərə isə pulsuz tibbi yardım göstəriləcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR