Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində 7 nəfər ölüb.
APA Hindistan KİV-ə istinadən xəbər verir ki, hadisə Balodabazar-Bhatapa rayonunda baş verib.
Əkin sahəsində şiddətli yağışdan qorunmaq üçün ağacın altına toplaşan şəxsləri ildırım vurub.
Nəticədə 7 nəfərin ölüb, 3 nəfərin ağır yaralanıb.
Qeyd edək ki, Hindistanda hər il musson yağışları mövsümündə minlərlə adam ildırım qurbanı olur.