Hindistanın Puna şəhəri yaxınlığındakı sənaye zonasında yerləşən kimya zavodunda güclü yanğın zamanı ölənlərin sayı 15 nəfərə çatıb.
APA "sputnik"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər itkin düşüb.
***
21:06
Hindistanın Puna şəhəri yaxınlığındakı sənaye zonasında yerləşən kimya zavodunda güclü yanğın baş verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şəhərin Yanğından mühafizə idarəsi məlumat yayıb.
Zavoddan NDTV telekanalına bildirilib ki, yanğından sonra 14 nəfərin cəsədi tapılıb. Bir neçə nəfərin itkin düşdüyü də vurğulanıb.