Bank Of Baku

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb
# 14 avqust 2021 09:29 (UTC +04:00)

Hindistanın Himaçal-Pradeş əyalətinin Kinnaur bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb.

APA-nın məlumatına görə, bu barədə ANI xəbər agentliyi bildirir.

Daha əvvəl 15 nəfərin öldüyü bildirilmişdi.

Çərşənbə günü günorta saatlarında Himaçal-Pradeş əyalətində torpaq sürüşməsi nəticəsində bir neçə avtomobil, bir avtobus və bir yük maşını dağıntılar altında qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Şimla şəhərinə gedən avtobusda 40 nəfər olub. Hindistanın Baş naziri Narendra Modi mərkəzi hökumətin yerli hakimiyyət orqanlarına kömək göstərməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Hindistanda torpaq sürüşməsinə səbəb olan musson yağışları mövsümü başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR