Livanın “Hizbullah” hərəkatı gün ərzində İsrail ərazisinə 200-ə yaxın raket atıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“Bu gün saat 23:30-a (yerli vaxtla-red.) olan məlumata görə, 200-ə yaxın mərmi Livan-İsrail sərhədini keçib”, - məlumatda deyilir.