“Hizbullah” peycerlərin partlaması nəticəsində səkkiz döyüşçünün öldüyünü etiraf edib

“Hizbullah” peycerlərin partlaması nəticəsində səkkiz döyüşçünün öldüyünü etiraf edib
# 18 sentyabr 2024 04:31 (UTC +04:00)

“Hizbullah” təşkilatı dünən axşamı İsrailin kiberhücumundan sonra peycerlərin partladılması nəticəsində səkkiz döyüşçünün və komandirinin öldüyünü etiraf edib.

APA xəbər verir ki, bu barədə qurumun “Telegram” kanalında yerləşdirilən məlumatda deyilir.

Döyüşçülərin hansı şəhər və rayonlarda həlak olduğu haqda dəqiq məlumat verilməyib. Həmçinin silahlı birləşmələrdə yaralananların sayı barədə də məlumat yoxdur.

“Əl Hadath” telekanalı İsrail hərbçilərinin peyk rabitəsi və pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirdiyi yüksək texnologiyalı əməliyyat nəticəsində yüzlərlə “Hizbullah” döyüşçüsünün əlil olduğunu bildirib. Onlardan 500-ə yaxını görmə qabiliyyətini tamamilə və ya qismən itirib.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanların sayı 9-dan 11-ə yüksəlib. 4 min nəfər yaralanıb və ya xəsarət alıb ki, onlardan da 400-nün vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR