Bank Of Baku

Hon Konqda təyyarənin şassisi partlayıb, 18 nəfər xəsarət alıb

Hon Konqda təyyarənin şassisi partlayıb, 18 nəfər xəsarət alıb
# 24 iyun 2023 06:29 (UTC +04:00)

Honq Konq hava limanında qalxma zamanı təyyarənin şassisi partlayıb.

APA xəbər verir ki, hadisə Honq Konq Beynəlxalq Hava Limanında baş verib.

İlkin məlumatlara görə, “Cathay Pacific” təyyarəsinin şassisi uçuş-enmə zolağı boyunca sürətlənərkən həddindən artıq istiləşmədən partlayıb. Təyyarənin kapitanı uçuşu dayandırmaq qərarına gəlib. Sərnişinləri təxliyə edilib.

Ən azı 18 nəfər yaralanıb.

Qalan 275 sərnişin isə xəsarət almayıb.

Hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR