Bank Of Baku

Hulusi Akar: "Əfqanıstandakı Türkiyə hərbçilərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb"

Hulusi Akar: "Əfqanıstandakı Türkiyə hərbçilərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb"
# 16 avqust 2021 17:35 (UTC +04:00)

Əfqanıstandakı Türkiyə hərbçilərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb.

APA-nın Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazir Hulusi Akar Əfqanıstandakı vəziyyətlə bağlı keçirilən iclasda deyib.

Milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə video-konfrans formatında keçirilən iclasa Baş Qərargah rəisi Yaşar Güler və Hərbi Hava Qüvvələri Komandanı Hasan Küçükakyüz da qatılıb. 

Əfqanıstandakı Türkiyə hərbi birləşməsinin komandiri son vəziyyətlə bağlı nazir Akarı məlumatlandırıb. 

Müdafiə naziri Kabildə hərbi personalın təhlükəsizliyinin birinci prioritet olduğunu vurğulayaraq, bu istiqamətdə hər cür tədbirlərin görüldüyünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR