Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalındakı Zap bölgəsində terrorçuların sığındığı Çemço adı verilən mağaraya girib.
APA xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar məlumat verib.
O, Çemço mağarasının terrorçuların qalası hesab edildiyini bildirib, xeyli silah-sursatın ələ keçirildiyini vurğulayıb.