Bank Of Baku

İndoneziyada iki qatar toqquşub, ölənlər var

İndoneziyada iki qatar toqquşub, ölənlər var
# 05 yanvar 2024 07:39 (UTC +04:00)

İndoneziyanın Yava adasında qatarlar toqquşub.

APA xəbər verir ki, hadisə Çikalenqka - Haurpuqur hissəsində baş verib.

Baş verən qəza nəticəsində dəmiryolunun üç əməkdaşı həlak olub.

Qeyd olunub ki, bir neçə vaqon relsdən çıxıb.

Yolu təmizləmək üçün hadisə yerinə ağır texnika cəlb olunub, polis əməkdaşları sərnişinləri qəza yerindən təxliyə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR