Bank Of Baku

İordan çayının qərb sahilində terror aktı nəticəsində 3 İsrail polisi həlak olub

İordan çayının qərb sahilində terror aktı nəticəsində 3 İsrail polisi həlak olub
# 01 sentyabr 2024 11:48 (UTC +04:00)

Bu gün səhər saatlarında İordan çayının qərb sahilinin cənubundakı Tarkumiya şəhəri yaxınlığında terror aktı nəticəsində üç İsrail polisi həlak olub.

APA xəbər verir ki, bu barədə İsrail polisindən bildirilib.

Məlumata görə, fələstinli silahlı şəxslər İordan çayının qərb sahili ilə İsrail arasındakı keçid məntəqəsinin şərqində polis maşınına atəş açıblar və hadisə yerindən qaçıblar. Nəticədə 3 polis ölüb, 3 nəfər ağır yaralanıb.

İsrail polisinin komissarı Denni Levi bildirib ki, həlak olanlar İordan çayının qərb sahilindəki polis zabitləridir.

İsrail Müdafiə Qüvvələri (IDF) şübhəli şəxslərin axtarışlarının başladıldığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR