Bank Of Baku

İran ABŞ-dən Tehranın prezident seçkilərinə müdaxiləsinə dair sübut tələb edib

İran ABŞ-dən Tehranın prezident seçkilərinə müdaxiləsinə dair sübut tələb edib
# 20 avqust 2024 05:26 (UTC +04:00)

Birləşmiş Ştatlar İran hakimiyyətinə Tehranın Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə müdaxilədə iştirakına dair sübut təqdim etməlidir.

APA xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin bazar ertəsi jurnalistlər üçün yaydığı bəyanatda deyilir.

“Bu cür ittihamların heç bir əsası yoxdur. Əgər ABŞ hökuməti öz iddialarının doğruluğuna səmimiyyətlə inanırsa, o zaman bizə müvafiq sübut təqdim etməlidir”, - bəyanatda deyilir.

Qeyd edək ki, bir müddət öncə Federal Təhqiqatlar Bürosu (FTB), Milli Kəşfiyyat Direktorunun Ofisi və ABŞ İnfrastruktur və Kibertəhlükəsizlik Agentliyinin birgə bəyanatında Vaşinqton tərəfi İranın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməyə cəhd etdiyini iddia etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR