İran ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

İran ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb
# 13 iyun 2025 18:28 (UTC +04:00)

İsrailin İrana hücumundan sonra İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İsveçrənin Tehrandakı səfirini ABŞ-ın maraqlarını təmsil edən diplomat kimi XİN-ə çağırıb.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə ABŞ-ın İsrailə İranın cavab hücumuna qarşı hər hansı bir dəstək verməsinin qəbuledilməz olduğu vurğulanıb və bu istiqamətdə ABŞ ordusuna ciddi xəbərdarlıq edilib.

Qeyd edilib ki, İsrailin İrana qarşı bu addımı ABŞ-ın əməkdaşlığı, koordinasiyası və ya ən azı razılığı olmadan mümkün ola bilməzdi.

Eyni zamanda, İsveçrə səfirinə bu məsələdə ABŞ-ın beynəlxalq hüquqa zidd davranışlarına görə məsuliyyət daşımalı olduğu da çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR