Bank Of Baku

İran DİN: Kermanda törədilən terror aktı ilə bağlı araşdırma aparılır

İran DİN: Kermanda törədilən terror aktı ilə bağlı araşdırma aparılır
# 03 yanvar 2024 18:24 (UTC +04:00)

Kermanda törədilən terror partlayışı ilə bağlı araşdırma aparılır.

APA xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi bildirib.

“Faktlar təsdiqlənən kimi insanlara məlumat verəcəyik. Şayiələrə fikir verməməlidirlər”, - o deyib.

Vəhidi qeyd edib ki, ilk partlayış saat 15:00-da baş verib, insanlar köməyə toplaşanda ikinci partlayış baş verib: "İkinci partlayışda isə ölənlərin və yaralananların sayı daha çox olub".

"Fars" Agentliyi terror hadisəsi zamanı dörd polisin həlak olduğu barədə məlumat yayıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib. Son məlumata görə, 103 nəfər həlak olub, 141 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR