İran HDQ ABŞ-nin təyyarədaşıyan gəmisinə müdaxilə edib

İran HDQ ABŞ-nin təyyarədaşıyan gəmisinə müdaxilə edib
# 28 noyabr 2023 18:51 (UTC +04:00)

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin Ədən körfəzi və Oman dənizindəki pilotsuz uçuş aparatları ABŞ-nin "Eyzenhauer" təyyarədaşıyan donanmasını müəyyən edərək araşdırıb.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat sistemləri ordu donanması və Hörmüz boğazının elitası ilə məlumat mübadiləsi apararaq donanmaya müdaxilə edib.

İran İslam Respublikasının komandirləri və yüksək rütbəli rəsmilərinin açıqlamalarına əsasən, "Eyzenhauer" təyyarədaşıyan gəmisinin mövcudluğu nəinki regionda təhlükəsizlik prosesini dəyişdirmir, hətta gərginlik və etibarsızlığa səbəb olur.

Qeyd edilib ki, region ölkələri xarici qüvvələrin müdaxiləsi olmadan bölgədə təhlükəsizliyi təmin edə bilirlər, ABŞ-nin iştirakına ehtiyac yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR