Bank Of Baku

İran Hörmüz boğazından keçid qaydalarını pozan gəmiləri müsadirə edə bilər

İran Hörmüz boğazından keçid qaydalarını pozan gəmiləri müsadirə edə bilər
# 24 avqust 2026 00:10 (UTC +04:00)
0:00 / 0:00
80%

İran hökumətinin Hörmüz boğazından keçid üçün müəyyən etdiyi qaydaları pozan gəmilərə məhdudiyyətlər tətbiq edilə, cərimələr qoyula və hətta gəmilər müsadirə edilə bilər.

APA xəbər verir ki, bu barədə İranın Hörmüz boğazında gəmiçiliyə nəzarət idarəsi məlumat yayıb.

“Gəmilər idarə tərəfindən müəyyən edilmiş Hörmüz boğazından keçid qaydalarını pozduqda, onlara qarşı məhdudiyyətlər, o cümlədən cərimə, saxlanılma və boğazdan sonrakı keçidlər zamanı gəminin müsadirə edilməsi kimi tədbirlər görüləcək”, – açıqlamada bildirilib.

İdarə qeyd edib ki, körfəzə və ya körfəzdən dəniz daşımaları həyata keçirən gəmi sahibləri mümkün problemlərin qarşısını almaq üçün qaydaları pozanların siyahısı ilə tanış olmalıdırlar.

Bildirilib ki, artıq qayda pozanlar siyahısına daxil edilmiş digər gəmilərlə əməkdaşlıq edən gəmilər də siyahıya əlavə olunacaq.

Adlarının siyahıdan çıxarılmasını istəyən gəmi sahibləri isə İran qaydalarının hansı səbəbdən pozulduğunu izah edən xüsusi müraciəti idarənin müvafiq strukturlarından birinə təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR